Gürcüstanın Bolqarıstandakı səfiri istefa verdi - Hökumət Avropaya inteqrasiyanı pozdu


Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili Gürcüstan hakimiyyətinin ölkənin Avropaya inteqrasiyasını pozması ilə əlaqədar etiraz əlaməti olaraq istefa verib. 

Bizimxeber.az bildirir ki, bu barədə Berdzenişvili sosial şəbəkədə (X) yazıb.

Berdzenişvili qeyd edib ki, iki onillik diplomatik fəaliyyəti ərzində o və həmkarları Gürcüstanın Avroatlantika və Avropaya inteqrasiyası prosesində fəal iştirak ediblər.

"Bizim yorulmaz səylərimiz heç bir şəkildə pozulmamalı və ya güzəştə getməməlidir", - Berdzenişvili yazıb. O, postu dinc etirazçılara qarşı zorakılığa qarşı həştəqlə müşayiət edib və onlarla tam həmrəy olduğunu bildirib.