"Gürcüstanın maraqlarını Putinə satmaq İvanişviliyə yaxşı heç nə gətirməyəcək.
Bizimxeber.az bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciəti zamanı bildirib.
“Gürcüstanda ölkəni Rusiyaya doğru aparanlara qarşı sanksiyaların tətbiqi qərarı - eyni prinsipial qərarların dünyadakı tərəfdaşlarımız - avropalılar, amerikalılar və ümumiyyətlə, ölkələrin müstəqilliyinə dəyər verən hər kəs tərəfindən qəbul edilməsi vacibdir" - deyə Zelenski bildirib.
Qeyd edək ki, Ukrayna Bidzina İvanişvili və daha 18 şəxsə qarşı sanksiyalar tətbiq edib.
Sanksiya siyahısına aşağıdakılar daxil edilib: Baş nazir İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze, daxili işlər naziri Vaxtanq Qomelauri, regional inkişaf və infrastruktur naziri. İrakli Karseladze, hakim Mixeil Çinçaladze, Otar Fartsxaladze, İrakli Ruxadze, hakim Levan Murusidze, Viktor Caparidze, Dimitri Samxaradze, Giorgi Xaindrava, Giorgi Kobaxidze, Zviad Şalamberidze, Şalva Tadumadze, deputat Thea Tsulukiani, Kaxa Bekauri.