Gürcüstan parlamentində nümayiş, etiraz və mitinqlər zamanı nümayişçilərə pirotexniki vasitələr gəzdirməyi qadağan edən “Pirotexnika haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Bizimxeber.az SOVA -ya istinadən bildirir ki, qanun layihəsində bir hissəsinin 2025-ci il fevralın 1-dən, bir hissəsinin isə aprelin 1-dən tətbiqi nəzərdə tutulmuş bir sıra yeni qaydalar, qadağalar, inzibati və cinayət məsuliyyəti normaları təqdim edilir.
Bundan əlavə, odlu silahlar, partlayıcı maddələr, tez alışan maddələr, radioaktiv maddələr və döyüş silahları da tədbirlərdə qadağan olunan əşyalar sırasındadır.
Həmçinin Gürcüstan ərazisində pirotexniki məmulatların idxalına, ixracına, istehsalına və satışına xüsusi razılıq/lisenziya əsasında icazə veriləcək.
Gürcüstanda kütləvi etirazlar hakimiyyətin Aİ ilə yaxınlaşmanı 2029-cu ilə qədər dayandırmaq qərarını elan etməsindən sonra noyabrın 28-dən bəri davam edir.