Gürcüstanın baş naziri İrakli Qaribaşvili müxalifəti könüllüləri müharibəyə göndərməkdə ittiham edib.
Bizimxeber.az bildirir ki, Qaribaşvili Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən gürcü könüllülərinin itkilərini şərh edərək deyiub ki, müxalifət gürcü vətəndaşlarının ölümündən siyasi dividendlər almaq istəyirlər: "Hər kəsə xatırlatmaq istəyirəm ki, satqınlar adlandırılan bu adamlar Ukraynada müharibə başlayandan indiyədək hansısa təxribatlar təşkil etməyə çalışıblar və edirlər. Təəssüf ki, “müharibə tərəfi”nin nümayəndələri həmvətənlərimizi Ukraynaya aparırlar”.
Qaribaşvili onu da diqqətə çatdırıb ki, artıq 33 ölkə vətəndaşı Ukraynada döyüş meydanında həlak olub: "Bu, əlbəttə ki, bizim üçün faciədir. Hakimiyyətin ağıllı siyasəti sayəsində çoxsaylı cəhdlərə baxmayaraq, “ikinci cəbhə”ni Gürcüstana ötürmək mümkün olmayıb. Müxalifət indi hakimiyyətdə olsaydı, Gürcüstanı təlim meydanına çevirərdi.
Daha əvvəl qeyd edildiyi kimi, dekabrın 4-də Donbasda Baxmut yaxınlığındakı döyüşlərdə 6 gürcü könüllünün həlak olması barədə məlumat yayılıb.