Gürcüstan prezidenti Mixeil Kavelaşvili toplantı və nümayişlərə görə qaydaları və inzibati məsuliyyəti sərtləşdirən qanunlar paketini imzalayıb.
Bizimxeber.az xarici KİV-lərinə istinadən bildirir ki, İmzalanan qanunlar artıq “Qanunvericilik qəzeti”ndə dərc olunub və qüvvədədir.
Düzəlişlər “Gürcü Arzusu”nun deputatları tərəfindən sürətləndirilmiş qaydada müzakirə edilərək qəbul edilib. Əsas dəyişikliklər üç qanuna aid olsa da, eyni vaxtda səkkiz qanuna qanunvericiliyə əlavələr olunub. Bunlar "Yığıncaqlar və Təzahürlər Haqqında" qanun, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsidir.
Qanuna edilən dəyişiklik əvvəllər 500-dən 1000 lariyə qədər cərimə və ya 15 günə qədər inzibati həbslə cəza nəzərdə tutulurdusa, indi cərimənin yuxarı həddi 3 dəfə artırılıb. Məbləğ 500-dən 3000 lariyə, inzibati həbsin müddəti isə 20 günə qədər uzadılıb.
Qeyd edək ki,