Gürcüstanda müxalifət liderlərindən biri saxlanılıb - YENİLƏNİB

Gürcüstanda müxalifətin “Dəyişiklik naminə” koalisiyasının liderlərindən biri Zurab Girçi Caparidze Tbilisidə keçirilən etiraz aksiyası zamanı saxlanılıb.

Bizimxeber.az bildirir ki, bu barədə "Sova" məlumat verib. Həbsdən əvvəl polislə etirazçılar arasında söz davası olub.

İştirakçılar zibil qutuları ilə yolu bağlayıblar, bundan sonra polis müdaxilə edərək aksiyanın bir neçə iştirakçısını, o cümlədən Caparidzeni həbs edib. Həbsin təfərrüatları verilmir, polis vəziyyəti şərh etməyib.

***
Tbilisidə polis tərəfindən həbs edilən müxalif lider Zurab Caparidze azadlıqdadır. Günün ilk saatlarında Caparidze şəxsi Facebook səhifəsində “Mən bayırdayam” başlığı ilə şəkil yerləşdirib.