Müxalifətin “Mtavari” telekanalının sifarişi ilə keçirilən “exit-poll”un proqnozuna görə, müxalifət partiyaları birlikdə səslərin təxminən 50%-ni qazanacaqlar.
Telekanal seçki məntəqələri bağlandıqdan az sonra “Harrys X” şirkətinin keçirdiyi sorğunun nəticələrini dərc edib. Harrys X exit-poll-un nəticələrinə görə, Avropayönlü müxalifət ümumi səslərin 48%-ni, hakim Gürcü Arzusu partiyası isə 42%-ni toplayır.
Bu proqnoza görə, birləşmiş müxalifət parlamentdə 80, “Mriya” isə 70 yer əldə edə bilər.
“Exit-poll” çərçivəsində 11 510 nəfərlə müsahibə aparılıb.
Xatırladırıq ki, nüfuzlu hesab edilən Edison Research tədqiqat şirkətinin keçirdiyi exit-poll, birləşmiş müxalifətin 51 faizdən çox , “Gürcü arzusu”nun isə 40,9 faiz səs alacağını proqnozlaşdırır.
Bu arada, hökumətyönlü “İmedi” telekanalının sifarişi ilə keçirilən “Qorbi” sosioloji mərkəzinin “exit-poll”u “Gürcü arzusu” üçün 56%-dən çox proqnozlaşdırır.