Gürcüstanda güclü qar -100-ə yaxın kəndlə əlaqə kəsilib

Gürcüstanın İmereti bölgəsində güclü qarın təsiri ilə hələ də yüzə yaxın kəndin dünya ilə əlaqəsi kəsilib. Bizimxeber.az bildirir ki, bu barədə “Novosti-Georgia ” xəbər verib. 

Gürcüstanın mərkəzi-qərb hissəsində yerləşən İmereti vilayətinin qubernatorunun mətbuat xidməti 103 kəndin hələ də dünya ilə əlaqəsinin kəsildiyini bildirib. Yolların təmizlənməsi üçün 150-dən çox dövlət xidməti və ordu texnikası cəlb olunub. Ən çətin vəziyyət Çiatura bələdiyyəsinin hündür dağlıq kəndlərindədir, burada qar uçqunlarının hündürlüyü 2 metrə çatır. 

Yerli meriya blokada olan kəndlərin sakinlərinə lazımi ərzaq, dərman almaq, evlərini təmir etmək və ya təxliyə etməkdə kömək etmək üçün humanitar qrup yaradıb.

Gürcüstanın qərbində bir həftəyə yaxın davam edən güclü qar təkcə dağlarda deyil, Batumidə də nəqliyyat əlaqələrini demək olar ki, iflic edib. Çətin hava şəraiti səbəbindən hava limanı iki gün bağlanıb. Onlarla kənd işıqsız, ərzaqsız və dərmansız qalıb. Ölkədə vəziyyətin ən ağır olduğu Quriyaya xilasetmə xidmətləri ilə yanaşı ordu da cəlb olunub və hadisə yerində könüllülər də işləyir.