Dekabrın 10-na keçən gecə fəallar Gürcüstan parlamentinin qarşısında “Gürcü arzusu”nun təsisçisi və sədri Bidzina İvanişvilinin şəkli olan simvolik tabutu yandırıblar.
Bizimxeber.az "Echo of Caucasus"a istinadən bildirir ki, mərasim zamanı “Gürcü arzusu”nun bayraqları və İvanişvilinin şəkilləri də yandırılıb.
Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyasının rəhbəri Nona Kurdovanidze deyib ki, ötən axşam Tbilisi və Kutaisidə azı 7 nəfər saxlanılıb. Bu arada Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, artıq Brüsseldə Gürcüstan hakimiyyətinə qarşı sanksiyalarla bağlı hazırlıq işləri gedir.