Gürcüstanda dövlət qulluqçuları etirazlara dəstək verir - Kaladze isə hədələyir

Gürcüstanda Tbilisi meri və hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze ölkədə etirazlara dəstək verən dövlət qulluqçularını “cavab verəcəyi ilə” hədələyib.

Bizimxeber.az bildirir ki, bu barədə "Sova"  Kaladzenin bəyanatına istinadən məlumat verib. O, dövlət qulluqçularının təxribat yolu ilə dövlət orqanlarını devirmək cəhdi adlandırıb. Kaladzenin sözlərinə görə, bu, dövlət çevrilişi planının tərkib hissələrindən biri idi: "Sabotaj cəhdi, inanın mənə, təbii ki, konstitusiya və qanun çərçivəsində cavabsız qalmayacaq".

Qeyd edık ki, Gürcüstanın müxtəlif dövlət qurumlarının bir sıra əməkdaşları bəyanat yayaraq, “Gürcü arzusu”nun ölkənin Avropa İttifaqına daxil olması prosesini dayandırmaq qərarını pisləyiblər və etirazçılara qoşulublar.