Gürcüstanda daha böyük aksiya başladı - Hər kəs küçədə

Gürcüstanda etirazın 40-cı günündə aksiya iştirakçıları Kaşueti Katedralində bir araya gəliblər. Bundan əvvəl onlar Tbilisinin beş müxtəlif kilsəsindən əllərində şamlarla Milad yürüşü təşkil etdilər və nəhayət Rustaveli prospektində birləşiblər.

Bizimxeber.az bildirir ki, Milad ərəfəsində Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili Rustaveli prospektinə gələrək jurnalistlərə açıqlama verərkən birliyin qələbə gətirəcəyini deyib. 

"Biz Milad ərəfəsində bir yerdəyik və düşünürəm ki, bizi birləşdirən əsas hiss budur. Gürcüstanı əsrlər boyu xilas edən birlikdir. Əgər biz bunu bacarmışıqsa, bu, qələbədir və Gürcüstanı bu günə gətirib çıxaran da budur. ” dedi.

Etirazçıların tələbləri dəyişməzdir: təkrar parlament seçkilərinin keçirilməsi və mitinqlərdə saxlanılanların azadlığa buraxılması.

Vətəndaşlar tələbləri yerinə yetirilənə qədər mübarizə aparacaqlarını bildirirlər.