Gürcüstanda 130-dan çox etirazçı saxlanılıb

Tbilisidə martın 7 və 8-də parlament binası yaxınlığında “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı başlayan etiraz aksiyaları zamanı 134 nəfəri saxlanıb.

Bizimxeber.az bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bu arada Aİ Gürcüstan hakimiyyətinin “xarici agentlər” haqqında qalmaqallı qanun layihəsini geri götürməsini alqışlayıb.