Gürcüstan prezidentindən daha bir razılıqsız səfər - Parisə gedib


Gürcüstan hökuməti prezident Salome Zurabişviliyə Parisə getməyə icazə verməyib, lakin o, buna əhəmiyyət verməyərək səfərə gedib.

Bizimxeber.az bildirir ki, bu barədə "Echo of Caucasus ” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, baş nazir İrakli Qaribaşvili Fransanın paytaxtındadır və Paris Sülh Forumunda iştirak etməyi planlaşdırır. Həmçinin Zurabişvili də Parisə gedib.

Ötən gün Salome Zurabişvili Orbeliani sarayının yaxınlığında çıxışı zamanı bildirib ki, Sülh Forumunun keçirildiyi Parisə gedəcək: "Tədbirdə baş nazir də iştirak edəcək, bununla bağlı İstər-istəməz depolarizasiya nümunəsi göstərə biləcəyik".

Bu arada, forumun saytında həm baş nazir İrakli Qaribaşvili, həm də prezident Salome Zurabişvili məruzəçi kimi qeyd olunub.