Gürcüstan parlamentinin ilk iclasına səfirlər dəvət olunmadı


Yeni seçkilərin keçirilməsi tələbi ilə küçə etirazlarına baxmayaraq, 11-ci çağırış parlamentin noyabrın 25-də keçiriləcək ilk iclasına Gürcüstanda akkreditə olunmuş diplomatlar dəvət edilmir.

Bizimxeber.az bildirir ki, bu barədə “ Exo Kavkazu” Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin sözlərinə istinadən xəbər verib.

Papuaşvili Gürcüstanda akkreditə olunmuş diplomatlar üçün dəvətin olmaması ilə bağlı qərarı sessiyanın açılışını “yalnız gürcü xalqı qeyd etməli” olması ilə izah edib.

"Səfirlərin bu prosesdə iştirakı vacib deyil, bu, dövlətin işidir. Bu, gürcü xalqının bayramıdır və yalnız gürcü xalqı öz parlamentinin ilk iclasını qeyd etməlidir".

O bildirib ki, Gürcüstan parlamentinin ilk iclası noyabrın 25-də keçiriləcək. Papuaşvilinin sözlərinə görə, gündəliyin birinci məsələsi qanunverici orqanın səlahiyyətlərinin tanınmasıdır.