Gürcüstan ölkədən buğda və arpa ixracını qadağan etdi

Gürcüstan hökuməti iyulun 4-dən buğda və arpa ixracına birillik qadağa tətbiq edir. 

Bizimxeber.az xəbər verir ki,  “Regionda yaranmış vəziyyətlə əlaqədar olaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yerli istehsal olunan buğda və arpanın satışının yalnız daxili bazarda həyata keçiriləcək.

Hökumət bu il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstanda istehsal olunan buğda və arpanın ixracını qadağan etmək qərarına gəlib”, – deyə mətbuat xidməti nazir Otar Şamuqiyadan sitat gətirib.