Gürcüstanda təkrar parlament seçkilərinin keçirilməsi tələbi ilə etiraz aksiyalarının təşkilatçıları aksiya iştirakçılarını müvəqqəti olaraq dağıtmaq və yeni fəaliyyət planı hazırlamaq qərarına gəliblər.
Bizimxeber.az bildirir ki, bu barədə “Exo Kavkaz” məlumat yayıb.
“Dəyişiklik Koalisiyası”nın liderlərindən biri olan Zurab Caparidze etirazların dayandırılması barədə qərarını açıqlayıb. "Biz birtəhər yenidən planlaşdırmalı və burada nə etdiyimizi deyil, başqa bir şey haqqında düşünməli olacağıq" dedi noyabrın 20-də səhər.
Caparidzenin sözlərinə görə, Gürcüstan hökuməti strategiyasını dəyişib və Melikişvili küçəsinin bağlanmasına mane olmur, bu isə onsuz da o qədər də “mənalı deyil” və heç nəyi dəyişməyəcək.
Ona görə də təşkilatçılar belə qərara gəliblər ki, bu gün mitinq iştirakçıları dağılışsınlar, istirahət etsinlər və gün ərzində, ola bilsin, sabah üçün yeni plan hazırlasınlar.
Xatırladaq ki, noyabrın 19-da səhər saatlarında Gürcüstanda polis parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifətin aksiyasını dağıdıb . 16 nəfər nəzarətə alınıb.