Bu gün Gürcüstanda müxalifət partiyalarının liderləri Rustaveli prospektində, Parlamentin qarşısına toplaşan mitinq iştirakçılarına fəaliyyət planını təqdim ediblər.
"“Birincisi, həm siz, həm də biz bu seçkiləri qeyri-legitim kimi tanıyırıq. İkincisi, biz bu parlamentə girmək fikrində deyilik, girməsək də siyahıları bağlayacağıq. Üçüncüsü, biz qalib gələnə qədər mübarizə aparacağıq və birlikdə qalib gələcəyik. Dördüncüsü, bizim seçkilərin yenidən keçirilməsi ilə bağlı çox konkret tələbimiz var, lakin seçkiləri Beynəlxalq Seçki Administrasiyası keçirməlidir. Biz heç bir danışıqlara getməyəcəyik, heç bir dialoq aparmayacağıq. Yeganə danışıqlar və razılaşma beynəlxalq administrasiya tərəfindən aparılacaq yeni seçkilərlə bağlı olmalıdır”".
Bizimxeber.az bildirir ki, bunu “Birlik – Vahid Milli Hərəkat”ın liderlərindən biri Giorgi Vaşadze deyib.
Gürcüstan prezidenti və müxalifət partiyalarının təşkilatçılığı ilə parlament qarşısında etiraz aksiyası keçirilir.