Gürcüstan Korrupsiyaya Qarşı Mübarizə Bürosu yaradır - Müstəəqil olacaq

"2022-ci ildə Gürcüstanda korrupsiya ilə bağlı cinayətlərə görə 170 nəfər məsuliyyətə cəlb edilib".

"Bizimxeber" bildirir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin hesabatında qeyd olunub.

Qurumun məlumatına görə, ötən il korrupsiya, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq və dövlət əmlakının mənimsənilməsi daxil olmaqla ümumilikdə 61 cinayət işi başlanıb. Cinayət işləri çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 188 ev və mənzili, 20 avtomobili 4 milyon laridən çox müqabilində müsadirə olunub.

Hesabata görə, Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin ittihamları əsasında məhkəmələr 7 iş üzrə cəza hökmü çıxarıb və 360,6 min lari dəyərində 28,7 min kvadratmetr torpaq sahəsini dövlətə qaytara bilib.

Hazırda Gürcüstanda Korrupsiyaya Qarşı Mübarizə Bürosu yaradılır. O, müstəqil qurum olacaq və ümumi antikorrupsiya siyasəti haqqında sənəd yaradacaq, antikorrupsiya strategiyasını və onun həyata keçirilməsi planını hazırlayacaq.