Gürcüstan DİN-də ilk istefa -

Gürcüstanda səfirlərdən sonra istefa dalğası DİN əməkdaşlarına çatıb.

Bizimxeber.az gürcü KİV-lərinə istinadən bildirir ki, bu gün Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı Giorgi Qabekhadze istefa ərizəsi yazıb.

O bildirib ki,  Gürcüstan Daxili İşlər Nazirliyi Akademiyasının taktiki hazırlığı xidmətinin baş təlimatçısı vəzifəsində çalışıb və son hadisəılərlə bağlı istefa verib.

Gürcüstan Daxili İşlər Nazirliyinin Akademiyasının taktiki təlim xidmətinin rəhbəri Giorgi Qabekhadze məlumatı təsdiqləyib. 

Prezident sosial şəbəkədə Giorgi Qabekhadzenin qərarına münasibət bildirib. Salome Zurabişvili yazıb ki, bu istefa Daxili İşlər Nazirliyindən ilk qaranquş addımıdır. 

"İlk qaranquş Daxili İşlər Nazirliyindən oldu. Bu, repressiya aparatının dağılmasının şəksiz xəbərçisidir! - prezident Salome Zurabişvili yazıb.