"Gürcüstan hakimiyyətinin AŞPA ilə qarşılıqlı fəaliyyəti dayandırmaq qərarı görünməmiş qərardır və təşkilatın prinsiplərini pozur".
Bizimxeber.az bildirir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodor Russopulos deyib.
"Asambleya Gürcüstan nümayəndə heyətinin etimadnaməsini təsdiq edib, ona görə də onlar AŞPA-da işləməlidirlər. Bu, Avropa Şurasının üzvü olan dövlətin hüququ deyil, öhdəliyidir", - o deyib.
Prezident vurğulayıb ki, Strasburq artıq mümkün nəticələrlə bağlı Tbilisiyə xəbərdarlıq edib.
"Biz Gürcüstan nümayəndə heyətinə bununla bağlı siqnallar göndərmişik. Hələlik biz onlara bir neçə həftə vaxt veririk (mövqelərini dəyişmək üçün). Amma dəyişiklik olmasa, aprelə kimi həll yolunu təklif edəcəm".
Assambleya sədri həmçinin eyham vurub ki, qərar AŞPA-nın yeni sanksiyaları ilə məhdudlaşa bilməz, həm də təşkilatın digər strukturlarını da cəlb edə bilər. "Mən Nazirlər Komitəsinin nə edəcəyini (buna cavab olaraq) vəd edə bilmərəm, lakin qanunverici orqanlar - AŞPA, Nazirlər Şurası və Baş katibin mövqeyinin oxşar olması üçün mümkün olan hər şeyi edəcəyəm".