Gürcüstanın paytaxtının küçələrində müxalifət hərəkatlarının liderlərinin təsviri olan hakim “Gürcü arzusu” partiyasının yeni seçkiqabağı bannerləri peyda olub.
Bizimxeber.az bildirir ki, bu barədə “Evropeyska Pravda” yazəb.
Bu plakatlarda qan-qırmızı fonda müxalifət nümayəndələri və onları çəngəldə tutan əl təsvir olunub. Bannerlərdə belə yazılmışdı: "Müharibə yox! Agentlər yox".
Bannerlərdə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili, müxalifətdə olan “Axali” partiyasının liderləri Nika Qvaramiya və Nika Melia, “Strategiya Aqmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze, “Lelo” partiyasının lideri Mamuka Xazaradze və “Gürcüstan üçün Qaxariya” partiyasının lideri təsvir olunub.