“Gürcü Arzusu” ndan qopub "müxalifət" oldular...

“Gürcü Arzusu” partiyasının deputatları İliya İncia, Varlam Liparteliani və Nika Elisaşvili "müxalifət" partiyası kimi fəaliyyətlərini davam etdirmək qərarına gəldiklərini elan ediblər.

Bizimxeber.az bildirir ki, onlar müxalifətdən olan 49 deputatın deputat mandatına fevralın 5-də xitam verildikdən sonra müxalifət deputatı kimi fəaliyyətini davam etdirmək qərarını açıqlayıblar. 

2024-cü ilin dekabrında qanunverici orqana partiyanın siyahısı ilə daxil olmuş “Xalq hakimiyyəti” partiyasının üzvləri “sağlam müxalifət” yaratmaq adı ilə “Gürcü arzusu” parlament çoxluğundan ayrılıblar.