Göygöldə dəhşətli qəza, bir ailənin 5 üzvü öldü - Foto +Yenilənib

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobilinin yük daşıyan TIR-la toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ölənlərin bir ailənin üzvləri olduğu bildirilir. Xəsarət alanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.