Gömrükdə həbs olunan generallar kimlərdir? - Unudulan qalmasın...

Bu gün axşam saatlarında bəzi mətbu orqanlarda yayılan məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda genişmiqyaslı əməliyyat keçirib. 

Məlumatda əməliyyatın hansı qurumda aparıldığı barədə dəqiq təfərrüatlar verilməsə də, xeyli vəzifəli şəxsin saxlanıldığı bildirilir. Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.

Bu arada bəzi mətbu orqanlarda DTX tərəfindən aparılan əməliyyat zamanı həbs edilən şəxsin gömrük generalı İqbal Alıcan oğlu Babayev olduğu bildirilir. Sosial şəbəkələrdə isə həbs edilən generalın Ehtiram Xəlilov olduğu deyilir. 

Ümumiyyətlə, bir neçə gün əvvəl mətbuatda kargo şirkətlərinin rəhbərlərinin həbs edildiyi ilə də bağlı məlumat yaymışdıq. Yayılan məlumatdan bir neçə gün keçməsinə baxmayaraq heç bir təkzib və təsdiq yoxdur. 

Üstəlik 1 ay əvvəl Bizimxeber.az olaraq silsilə yazılarımızdan biri kimi "Gömrükdə inhisarçılığı yaradan generallar - Kimlər hansı sahələrə nəzarət edir?" başlıqlı yazımızda ölkə gömrüyündə monopoliya yaradan genralların varlığı barədə məlumat verməklə yanaşı onların adlarını da qeyd etmişdik.

Əməkdaşlarımızım apardığı araşdırma zamanı bəlli olmuşdu ki, Dövlət Gömrük Komitəsindəki bütün generallar Kargo sahibləri ilə işləyir və onların hər birinin ayrı-ayrılıqda monopoliyada saxladığı sahələr mövcuddur. Onlar gömrüyü öz dədəmalları kimi həzm edir, milyardlar qazanırlar.

Elə isə maraqlıdır, görəsən DTX-nın bu gün həbs etdiyi generallar arasında bizim adını çəkdiyimiz, içüzlərini ortaya sərdiyimiz genarallar varmı?

Unudulublarsa xatırladaq... Bu sahədəki monopoliya şəbəkəsinə sahiblik edən genalların əsasən - Komitə sədri Səfər Mehdiyev, Səfər Mehdiyevin müavini, gömrük xidməti general-mayoru Məsum Rəsulov, Kənan Məmmədov və onların nəzarətlərindəki çöbəı müdirləri və işçiləridir...

Bu arada xatırladaq ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədovun da bu işdə "əməyi" az deyil. Heç kimi unutmaq olmaz!!!