“Gömrük işi"ndə Əbülfəz Məlikovun həbsinin detalları - Eksklüziv

06 avqust 2022-ci ildə Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin vəsatətinə baxılıb.

Bizimxeber.az bildirir ki, vəsatətə baxan məhkəmə Əbülfəz Məlikovun barəsində həbs qətimkan tədbiri seçib.

Əbülfəz Məlikov illər ərzində müxtəlif adamların adına yaratdığı saxta şirkətlər vasitəsi ilə apardığı maliyyə əməliyyatları ilə dövlət büdcəsinə milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.

Qeyd edək ki, Məlikov Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Onun “gömrük monopoliyaları”, "Broker" şəbəkə maxenasiyaları, saxta nağdlaşdırma şirkətləri barədə mətbuatda illərdir yazılar yayılırdı.

Bizimxeber.az