Gömrük generalı Kənan Məmmədov da istintaqa cəlb olunub - İlğinc faktlar...

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin yüksək vəzifəlilərinin fəaliyyəti ilə bağlı araşdırmalara başlanılıb. Qeyri-rəsmi məlumata görə, əməliyyat Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında həyata keçirilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin bir sıra yüksək çinli məmurunun saxlanıldığı iddia olunur. Məlumata görə onlardan biri də “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilovdur.

Ehtiram Xəlilovun Dövlət Gömrük Komitəsinin “qara kassa”sı olduğu ilə bağlı iddialar var. Əməliyyat çərçivəsində Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayevin saxlanıldığı bildirilsə də, onun sonradan sərbəxt buraxıldığı məlum olub.

Sözügedən əməliyyat tədbirlərinin davamı olaraq DGK-nin daha bir generalı, Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi Kənan Məmmədov da istintaqa cəlb edilib.

O hazırda Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Kənan Məmmədov daha öncə də medianın günləmində qanunsuz əməlləri ilə yadda qalıb.

Hansı ki, LİON CENTRE MMC-nin direktoru, Çindən satış üçün Azərbaycana mallar idxal edən iş adamı Ramil Aslanov Kənan Məmmədov tərəfindən mallarının bir qisminin oğurlandığını bildirib və onun qanunsuz əməl Kənan Məmmədovun adı sadə vətəndaşlara 100 min manatlarla vergi borcu yaradan qanunsuz şirkətlərin əksəriyyətinin bünövrəsini qoymasında çəkilir. Onun kargo sahibləri ilə işləyərək, ayrı-ayrılıqda monopoliyada saxladığı sahələrin olduğu da deyilir.

Xüsusilə, Kənan Məmmədov milyonlarla manat dövlət vəsaitini büdcədən yayındırmaqda, şəxsi ambisiyalarını dövlətin mənafeyindən üstün tutmaqda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna xələl gətirməkdə ittiham olunur. Sahibkarlar gömrükdə baş verənlərlə bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciət etmişdi.

Digər iddilara görə o, özünə yaxın olan şirkətlərlə və iş adamları ilə əldə etdiyi milyonlarla manat vəsaiti qara bazarda dövr edib. Əldə etdiyi əlavə vəsaiti özünə və yaxınlarına məxsus saxta hesablarda yerləşdirib.

Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə 2018-ci ildə təyinat alıb. Ondan əvvəl Kənan Məmmədov Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. Onu da bildirək ki, Kənan Məmmədov Səfər Mehdiyevin həmyerlisi və yaxın dostudur.