Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yeni təyinat olub.
Bizimxeber.az Manset.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov Əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmətin rəisi general-mayor Mirsaleh Seyidovun müşaviri təyin edilib.
R.Qasımzadə daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.
Qeyd edək ki, A.Qasımov uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə - Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi kimi fəaliyyət göstərib.