Generalın öldürülməsinə hazırlıqla bağlı yeni təfərrüatlar

Rusiya Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillovu qətlə yetirməkdə təqsirləndirilən Əhməd Qurbanov general-leytenantın evindən 500 metr aralıda yerləşən Karaçarovo otelində otaq kirayələyib.

29 yaşlı Özbəkistan vətəndaşı pencəklərini dəyişsə də, bütün kameralara düşüb.

Bizimxeber.az News.ru portalına istinadən bildirib ki, Qurbanov avtomobili icarəyə götürmək üçün avtomobil paylaşma xidmətində xüsusi hesab açıb. Buna baxmayaraq, o, tez tapılıb. Bundan əlavə, qeyd olunur ki, partlayışdan sonra təqsirləndirilən şəxslərin keçdiyi yol tez bir zamanda birbaşa otelə qədər tapılıb.