General təqaüdə göndərildi - Yeni təyinat

Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Namiq Poladov vəzifəsindən azad edilib.

Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb. Əmrə əsasən, general Poladov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Nazirin digər Əmri ilə polkovnik Elnur Kazımov Katibliyin rəisi təyin edilib.