Gəncədəki partlayış səsinin səbəbi məlum oldu

Bu gün Gəncə şəhərində bir neçə dəfə partlayış səsləri eşidilib. Şəhər sakinləri redaksiyamıza yazaraq situasiyadan məlumatsız olduqlarına görə narahatlıqlarını bildiriblər. 

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, bu gün Gəncə şəhəri kənarında yerləşən boş sahədə istifadəyə yararsız olan sursatların utilizasiyası prosesi keçirilir: "Buna görə də həmin tullantılar təhlükəsiz şəkildə partladılaraq məhv edilib. Vətəndaşların nigaran olmasına heç bir səbəb yoxdur".