Gədəbəyə yeni icra başçısı təyin edildi - Sərəncam

Gədəbəy Rayon İcra Hakimiyyətinə başçı təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Gədəbəy rayonunda icra başçısı vəzifəsini 2021-ci ilin oktyabr ayınadək İbrahim Mustafayev tutub. Həmin vaxt onun vəzifədən azad edilməsindən sonra icra başçısı vəzifəsi vakant idi.