G7 ölkələri Belarusa qarşı daha sərt sanksiyaları müzakirə edəcək

G7 ölkələrinin liderləri bu gün, oktyabrın 11-də Belarusun Ukrayna münaqişəsində iştirak edəcəyi təqdirdə ona qarşı yeni sanksiyaların tətbiqi imkanlarını müzakirə edəcəklər. Bizimxeber.az bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.

Bir gün əvvəl Aleksandr Lukaşenko Rusiya və Belarusun regional qoşun qruplaşmasının yerləşdirilməsi ilə bağlı razılığa gəldiyini bildirib. 

“Belarus məsələsi şübhəsiz ki, gündəmdə olacaq (G7-nin iclasında. - Kommersant ). Rusiyanın Ukraynadakı müharibəsinə istənilən əlavə dəstək əlavə sanksiyalara səbəb olacaq”, - Fransa Xarici İşlər Nazirliyinin rəhbəri France Inter radiosunda xəbərdarlıq edib.