Futbolçu bir matçda üç avtoqol vurdu - VİDEO

"Liverpul"un müdafiəçisi və Yeni Zelandiyanın qadınlardan ibarət komandasının oyunçusu Meikala Mur ABŞ-la yoldaşlıq görüşündə 3 avtoqola imza atıb.

Bizimxeber.az bildirir ki, 25 yaşlı futbolçu öz qapısına qollarla “mükəmməl het-trik” edib.

Matçın beşinci dəqiqəsində Mur topu sağ ayağı ilə tora salıb. Bir dəqiqə sonra daha bir avtoqol. 36-cı dəqiqədə isə topu yenə öz qapısına göndərib.

Yeni Zelandiya qadın məşqçisi isə ilk hissədə Muru əvəzləyib.

İkinci hissədə yeni zelandiyalılar daha iki top buraxıb. Qarşılaşma ABŞ yığmasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.