Adı bank fırıldaqlarında və sanksiyalardan yayınaraq neft ticarətində ittiham olunan iş adamı, Krasnoyarsk diyarının meri Artem Ussun oğlu Milandan qaça bilib.
Bizimxeber.az bildirir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazıb.
Qəzet yazır ki, Ussun qaçmasında Rusiya xüsusi xidmət orqanları dəstək verib.
Nəşrin yazdığına görə, biznesmen Uss ölkədən saxta sənədlərlə çıxıb və şəxsi təyyarəsindən istifadə edib. Nəşrin məlumatına görə, iş adamı İtaliya təhlükəsizlik qüvvələrinin onun yerini izlədiyi elektron qolbaqı kəsib.
ABŞ prokurorluğuna görə, Uss sanksiyalar altında olan Venesuela neftini Rusiya və Çin tədarükçülərinə satıb. Həmçinin ABŞ-da Uss silah istehsalında istifadə oluna bilən elektronikanı Rusiya tərəfinə satmaqda ittiham olunur.
Artem Uss 2022-ci ilin oktyabrında Milan hava limanında Nyu York dairə prokurorunun verdiyi beynəlxalq həbs qərarı əsasında saxlanılıb. Krasnoyarsk qubernatorunun oğlu bütün ittihamları rədd edərək, onu Rusiyaya qaytarmağı xahiş edib.