Fransanın sabiq Baş nazirinə 4 il həbs cəzası verildi

Fransanın keçmiş Baş naziri Fransua Fiyon həyat yoldaşını saxtakarlıqla işə götürdüyünə görə 4 il həbs olunub. Paris Apellyasiya Məhkəməsi Fiyonu dövlət vəsaitlərini mənimsəməkdə, korporativ aktivlərdən sui-istifadədə iştirakda təqsirli bilib.

Qərara görə, Fiyon cəza müddətinin bir ilini həbsxanada keçirəcək.

Eyni zamanda, keçmiş baş nazirin həyat yoldaşı Penelopaya isə 2 il şərti azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Fransa Baş Prokurorluğunun nümayəndəsinin Fiyonun həyat yoldaşının saxtakarlıqla işə götürülməsi ilə bağlı ona 5 il həbs cəzası verilməsini tələb etdiyi bildirilir.