Fransanın nüvə stansiyasında yanğın söndürülüb

Fransanın Nüvə Təhlükəsizliyi Agentliyi uran zavodunda baş verən yanğından sonra nüvə radiasiyasının izlərinə rast gəlmədiyini bildirib. Bu barədə "Reuters" yazır .

Bildirilir ki, sentyabrın 22-də xüsusi tədqiqat qrupu tərəfindən daha ətraflı yoxlamalar aparılacaq. Yanğının söndürülüb.

Zavod atom elektrik stansiyaları üçün avadanlıqlar hazırlayan və istehsal edən Fransanın Framatome şirkətinə məxsusdur. Yanğın zamanı şirkətin əməkdaşlarından heç kim xəsarət almayıb.