Fransada rekord istilər qeydə alınıb

Fransanın cənubunda iyul ayı üçün rekord istilər qeydə alınıb. 

Nim və Bezye şəhərlərndə tarixdə ilk dəfə 40 dərəcə temperatur qeydə alınıb. 

Bundan əvvəl həmin bölgədə 2019-cu ildə 38,8 dərəcə isti qeydə alınmışdı. Hidrometeoroloqlar yaxın bir neçə gün ərzində şiddətli istilərin davam edəcəyini proqnozlaşdırır. Eyni zamanda, yanğınsöndürənlər Fransanın cənubunda meşə yanğınları ilə mübarizə aparır.

Qeyd olunur ki, ölkənin cənub-qərbindəki Jironda departamentində yanğınlar 7,5 min hektar meşə sahəsini məhv edib. 11 mindən çox sakin təxliyə olunub.