Fransanın iki “Rafale” qırıcı təyyarsi qəzaya uğrayıb.
Bizimxeber.az bildirir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lekornu X (Twitter) səhifəsində yazıb.
Təyyarə qəzasından sonra pilotlardan biri sağ tapılıb.
"Pilotlardan biri sağ və xəsarət almadan tapılıb. Digərinin axtarışları hələ də davam edir", - nazir bildirib.
O, təyyarənin qəzaya uğradığı ərazidə axtarış və təhlükəsizliyi təmin edən silahlı qüvvələrə və jandarmalara təşəkkür edib. İki qırıcının olduğu təyyarə avqustun 14-də günorta saatlarında qəzaya uğrayıb. Hazırda onun səbəbləri barədə heç bir məlumat verilmir.