Fransada Monenin rəsmi üzərinə şorba tökən iki gənc fəal həbs edildi

Riposte Alimentaire hərəkatının iki ekoloji fəalı Liondakı Təsviri İncəsənət Muzeyində Klod Monenin "Bahar" tablosunun üzərinə şorba töküblər.

Bizimxeber.az bildirir ki, polis hər iki fəalı həbs edərək məhkəməyə çıxarıb.

"Fransız xalqının irsinin bir hissəsi olan sənət əsərinə edilən hücuma heç bir bəraət qazandırmaq olmaz", -  deyə polisin bəyanatında deyilir.

Lion şəhərinin meri Qreqori Duce gənc qıları müdafiə edərək fövqəladə iqlim şəraiti şəraitində ekologiya ilə bağlı narahatlıqları dəstəkləyib.

Qeyd edək ki, bundan əvvəl iki iqlim fəalı  Luvr muzeyində zirehli şüşə ilə qorunan Mona Lizanın üzərinə şorba töküblər.