Fransada fermerlər yenidən aksiyalara başladı


Fransada problemlərinə diqqət çəkmək və Aİ-nin Cənubi Amerika ölkələri ilə azad ticarət razılaşmasına etiraz etmək istəyən fermerlərin başlayıb.

Bizimxeber.az bildirir ki, fermerlərin etiraz aksiyası ilə əlaqədar respublikanın bir sıra yollarında yaranan çətinliklərlə bağlı sürücülərə xəbərdarlıq edilib. 

Fransanın qərbində, Anqulem şəhəri yaxınlığında fermerlər barrikada quraraq, vətəndaşların diqqətini məhsulların mənşəyinə yönəltmək və onları yerli istehsal məhsulları istehlak etməyə təşviq etmək istədiklərini bildiriblər.

Qərbdə yerləşən Fontenay-Le-Kont bələdiyyəsində təxminən dörd nəfər fermer öz traktorlarını yerli prefekturaya aparıblar. Avignonda fermerlər bütün gün Avropa körpüsünü bağlamaq üçün toplaşıblar. 

Mercosur ilə azad ticarət müqaviləsinə qarşı şüarlarda fermerlər onlara qarşı çox sərt şərtlərin tətbiq olunduğunu, müqavilənin Fransaya keyfiyyətə nəzarəti daha az olan məhsulların idxalına imkan verəcəyini qeyd edirlər. 

Bu arada, ultra-solçu "Fəth olunmamış Fransa" Mercosur ilə planlaşdırılan müqavilə ilə bağlı parlamentdə müzakirə aparmaq istədiklərini bildirib.

“Biz bu müqavilənin Milli Assambleyada müzakirə olunmasını və fransızlar ona səs verməsələr, onun yerinə yetirilməməsini tələb edirik”, - deyə siyasi qüvvənin lideri Jan-Lyuk Mélenşon bildirib.