Fransada atom elektrik stansiyasında yanğın

Fransanın qərbindəki Çinon atom elektrik stansiyasında yanğın baş verib. Bu səbəbdən də iki reaktorun işi dayandırılıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” xəbər verib.

Şirkətdən verilən məlumata görə, yanğın söndürülüb.

"Çinon AES-də 3 nömrəli blok reaktorun təhlükəsizlik və mühafizə sistemlərinə uyğun olaraq avtomatik olaraq dayanıb", - EDF-in bəyanatında deyilir.

Fransanın Nüvə Təhlükəsizliyi Xidmətinin məlumatına görə, yanğın stansiyada elektrik enerjisinin kəsilməsinə səbəb olub. Çinon AES Fransanın ən qədim atom elektrik stansiyalarından biridir.