2025-ci ilin birinci rübündə Ukraynaya yeni “hava-yer” silahları və elektron döyüş sistemləri ilə təchiz edilmiş “Mirage 2000” qırıcıları tədarük edəcək”.
Bizimxeber.az bildirir ki, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu deyib.
“Mirage 2000 qırıcılarının Ukraynaya çatdırılması 2025-ci ilin birinci rübündə planlaşdırılır” - deyə o, bildirib.
O əlavə edib ki, Fransa ukraynalı pilot və mexaniklərin hazırlanmasını davam etdirir. Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris modernləşdirilmiş Mirage 2000-5 çoxməqsədli qırıcılarını Kiyevə təhvil verəcək.