Fransa Sünikdə konsulluq açacaq.
Bizimxeber.az "Sputnik Armenia"ya istinadən bildirir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyanın iclasında deyib.
O bildirib ki, Fransa bu addımı ilə guya erməniləri qorumaq niyyəti daşıyır.
"Biz Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmişik. Fransa səfirliyində hərbi attaşe olacaq. Tezliklə sərhəddə yerləşən Sünik bölgəsində konsulluq mərkəzi açacağıq", - Kolonna bildirib.
O, həmçinin qeyd edib ki, Fransa dəfələrlə Ermənistanı dəstəkləyib, o cümlədən BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb və Qarabağı tərk edən ermənilər üçün maliyyə dəstəyi ayrııb.