Fransa Rusiyaya qarşı qətnamə qəbul etdi

Fransa Parlamenti Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsini tələb edən qətnamə qəbul edib.

Bizimxeber.az bildirir ki, bu barədə Le Figaro nəşri məlumat verib.

Sənəd 288 səslə təsdiqlənib. Qətnamə Aİ, NATO və digər müttəfiq ölkələri Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirməyə və artırmağa çağırır.

Fransalı deputatlar həmçinin mətnə ​​Aİ-ni “müstəqil Avropa müdafiəsi qurmağa” çağıran düzəliş təqdim ediblər.

Qətnamənin mətni həmçinin Avropa İttifaqını və onun üzv dövlətlərini Rusiyanın dondurulmuş aktivlərini ələ keçirməyə, Ukraynaya müqavimət və yenidənqurma işlərində hərbi dəstəyi maliyyələşdirməyə çağırır.