Fransa Rusiyaya nüvə silahı ilə cavab verə bilməz - Makron

"Rusiya Ukraynaya taktiki nüvə zərbəsi endirərsə, Fransa nüvə silahı ilə cavab verməyəcək". Bizimxeber.az bildirir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "France 2" telekanalının canlı efirində deyib. 

"Bizim doktrinamız millətin fundamental maraqlarına əsaslanır. Onlar aydın şəkildə müəyyən edilib və məsələn, Ukraynada, regionda ballistik nüvə hücumu olarsa, onlara birbaşa təsir etməyəcək".

"Rusiya Federasiyasının nüvə silahı var. Eynən Fransa kimi. Bu məsələ ilə bağlı doktrinamız aydındır. Biz bu barədə nə qədər az danışsaq, təhlükəni bir o qədər az şişirdirik və bizə olan inamı artırırıq. Bu barədə çox adam danışır" -deyə o, əlavə edib.