Fransada rusiyalı oliqarxın villasına həbs qoyaraq satışını əngəlləyib.
Bizimxeber.az bildirir ki, bu barədə "Le Monde" qəzeti yazıb.
Belə ki, Fransanın cənub-şərqindəki Saint-Jean-Cap-Ferrat şəhərində yerləşən 23 milyon avro dəyərində villa müsadirə edilib. Villanın "Evin Maqnitoqorsk" metallurgiya zavodunun rəhbəri Viktor Raşnikova məxsus olduğu güman edilir.
Oliqarxın sanksiya paketinə daxil edilməsindən az sonra idarəetmə şirkəti daşınmaz əmlakı satmağa cəhd edib. Bütün daşınmaz əmlak obyektləri öz növbəsində Panama firması tərəfindən idarə olunan İsveçrə şirkətinə məxsus olub.