Fransa hüquq-mühafizə orqanları əməkdaşları Olimpiya və Paralimpiya Oyunları zamanı Parisdə və digər şəhərlərdə 3 terror aktının qarşısını alıb.
Bizimxeber.az bildirir ki, bu barədə AR xəbər verib.
Fransanın milli antiterror prokurorluğunun rəhbəri deyib ki, hücum edənlər Olimpiada zamanı “İsrail institutlarına və ya Parisdəki İsrail nümayəndələrinə” hücum etməyi planlaşdırıblar.
O, İsrail idmançılarının komandasının bu potensial terror hücumlarının “konkret hədəfi olmadığını” açıqlayıb, lakin digər təfərrüatları açıqlamayıb.
Ümumilikdə, Fransada keçirilən Oyunlar zamanı üç terror aktına cəhddə iştirakda şübhəli bilinərək, biri azyaşlı olmaqla, beş nəfər həbs edilib. Kristin əlavə edib ki, onlar həbsdə olduqları müddətdə müxtəlif terrorla bağlı ittihamlarla üzləşirlər.
Prokuror qeyd edib ki, saxlanılan cinayətkarlar öz əməllərində ilk növbədə cihad motivlərini rəhbər tutublar.