Fransa ilə Ermənistan hərbi təhsil mübadiləsi aparacaq

"Ermənistsn və Fransanın müdafiə sektorunda geniş planları var".

Bizimxeber.az bildirir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan deyib. “Bu ildən etibarən ikitərəfli hərbi əməkdaşlıq aydın planlaşdırmaya əsaslanır, ondan çox sahədə inkişaf edir və geniş planlara malikdir”, - deyə o, bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında tərəfdaşlıq gündəliyi silahlı qüvvələrin demək olar ki, bütün sahələrini əhatə edir. Papikyan həmçinin müdafiə islahatları, eləcə də hərbi təhsil sahəsində hərtərəfli məsləhət dəstəyini açıqlayıb.

Qeyd edək ki, bir müddət əvvəl Fransanın müdafiə naziri Sebastien Lecornu demişdi ki, Paris lazım gələrsə, İrəvana hava hücumundan müdafiə raketləri ötürəcək .