Fransa Estoniyaya da "Sezar" artileriya silah verəcək

Estoniya Fransa ilə 12 ədəd "Sezar" özüyeriyən artilleriya qurğularının alınması üçün müqavilə imzalayıb. 

Bizimxeber.az bildirir ki, müqavilə Parisdə keçirilən Eurosatory 2024 müdafiə sənayesi sərgisində imzalanıb.

Fransanın hərbi sənaye nəhəngi KNDS tərəfindən istehsal olunan 155 mm-lik Sezar özüyeriyən silahlar Estoniya diviziyasının bilavasitə komandanlığı altında fəaliyyət göstərəcək yeni yaradılmış üçüncü özüyeriyən artilleriya batalyonunun bir hissəsi olacaq.

İlk altı özüyeriyən silah bu ilin sonunda gələcək. Çatdırılmalar 2025-ci ilin ortalarına qədər davam edəcək. Bundan əlavə, müqavilələr gələcəkdə daha çox özüyeriyən silahlar almağa imkan verir.