Fransa Suriyanın devrilmiş lideri Bəşər Əsədin mülki şəxslərə qəsdən hücum da daxil olmaqla müharibə cinayətlərində şəriklik şübhəsi ilə həbs olunmasına dair ikinci orderi verib.
Bizimxeber.az “Reuters”ə istinadən bildirir ki, order yanvarın 20-də 2017-ci il iyunun 7-də Suriyada bombardman zamanı həlak olan Fransa-Suriya vətəndaşı Salah Əbu Naburun işi üzrə aparılan istintaq çərçivəsində verilib.
Bu, 2024-cü il dekabrın əvvəlində üsyançılar tərəfindən devrilmiş Suriyanın keçmiş lideri üçün fransız hakimlər tərəfindən ikinci həbs orderidir.
Xatırladaq ki, dekabrın 8-də Suriyadakı üsyançılar paytaxt Dəməşqə nəzarəti ələ keçirdiklərini elan edərək, Əsədin iyirmi ildən çox davam edən hakimiyyətinin sona çatdığını bildirirlər.